Premyer Liqada yeni rekord

Premyer Liqada yeni rekord

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

Qurban Qurbanovun yetirmələri Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib. Matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci topuna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl 24-cü məğlubiyyət

Növbəti yazı

Mourinyo “Real” arzusunda