Mourinyo “Real” arzusunda
Joze Mourinyo “Roma”dan ayrılmaq istəmir. 60 yaşlı portuqaliyalı komanda ilə işi davam etdirmək arzusunda olduğunu bildirib.
Təcrübəli məşqçi qeydə alınan nəticələrə baxmayaraq komandanın doğru yolda olduğunu düşünür: “Maliyyə feyr-pleyinin məhdudiyyətlərini nəzərə alaraq, biz artıq müəyyən səviyyədə olan və inkişaf etmək üçün imkanları olmayanlara diqqət yetirməkdənsə, investisiya potensialı olan gənc oyunçular haqqında düşünməliyik.
Klubun sahibləri ilə danışmışıq, burada qalmaq niyyətimi onlara bildirmişəm. Bu komandanın azarkeşləri unikaldır. Ayrılıq mənim üçün çətin sınaq olacaq. Və əgər bu baş verərsə, bu mənim qərarım olmayacaq”.