Premyer Liqada ayın futbolçusu
İngiltərə Premyer Liqasında noyabrın futbolçusu müəyyənləşib. “Liverpul”un müdafiəçisi Trent-Aleksander Arnoldu bu ada layiq görülüb.
O, ötən ay keçirdiyi 3 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib. “Qırmızılar” “Vest Hem”ə 2:3 hesabı ilə məğlub olubsa, “Arsenal” və “Sauthempton” üzərində 4:0 hesablı qələbə qazanıb. Bununla Arnold 2019-cu ilin dekabrından bəri ilk dəfə Premyer Liqada ayın oyunçusu mükafatını alıb.
23 yaşlı oyunçu Joao Kanselo (“Mançester Siti”), Emmanuel Dennis (“Uotford”), Dioqo Jota (“Liverpul”), Con Makqinn (“Aston Villa”) və Bernardo Silvanı (“Mançester Siti”) qabaqlayıb.