Fati bu il oynamayacaq
“Barselona”nın hücumçusu Ansu Fati zədəsini sağaltmaqda davam edir. 19 yaşlı forvard artıq məşqçiləri də intensivləşdirib. Amma İspaniya klubunun məşqçilər korpusu onu riskə atmaq istəmir.
Bu səbəbdən gənc futbolçunun dönüşü yanvarın 2-də La Liqanın XIX turunda “Malyorka” ilə qarşılaşmaya təxirə salınıb. Bu isə o deməkdir ki, Fati daha 4 matçı buraxacaq.
O çempionatda “Osasuna”, “Elçe”, “Sevilya”, Dieqo Maradonanın xatirəsinə həsr olunan yoldaşlıq görüşündə isə “Boka Xuniors”la dueldə iştirak etməyəcək.