Premyer Liqada ayın futbolçusu bəlli oldu
Premyer Liqada ayın futbolçusu bəlli olub. Bu ada “Liverpul”un hücumçusu Dioqo Jota görülüb.
Bunu çempionatın mətbuat xidməti açıqlayıb. Portuqaliyalı ötən ay 3 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Qırmızılar” 3 görüşün hamısında qalib gəlib.