Günün kuponu – 17.02.2024
“Selta” – “Barselona” – 2,5 ÜST
Bu komandaların hansı vəziyyətdə, hansı formada olmasından asılı olmayaraq öz aralarındakı görüşləri adətən bol qollu keçir. Statistikaya əsasən tərəflərin son 10 duelindən 9-da azı 3 qol qeydə alınıb. Məncə, “ənənə” bu dəfə də davam edəcək.
“Verona” – “Yuventus” – 2
A Seriyasında son 3 turda cəmi 1 xal qazanan “Yuventus” bu oyunda qalib gəlməyə necə deyərlər, məhkumdur. Əks halda, lider “İnter” xal fərqini bir az da artıra bilər. Məncə, “Yuve” əvvəlki 3 Verona səfərində olduğu kimi yenə qələbə qazanacaq.
“Hoffenhaym” – “Yunion Berlin” – QOL/QOL
Bundesliqada ardıcıl 7 oyundur qələbəyə həsrət qalan “Hoffenhaym” bu uğursuz gedişata son qoymağa çalışacaq. Amma Bundesliqanın bu mövsüm ən çox qol (40) buraxan komandalarından olan “Hoffenhaym”ın qapısına “Yunion Berlin”in də yol tapması sürpriz olmayacaq. Ona görə qarşılıqlı qollara mərc edirəm.