Premyer Liqada 30000-ci
İngiltərə Premyer Liqasında 30000-ci qol vurulub. Bu topa Kris Vud imza atıb. “Bernli”nin hücumçusu 3-cü turun “Lids”lə matçında (1:1) fərqlənib. 29 yaşlı yeni zelandiyalı bununla da yubiley qolunun müəllifi olub.
Xatırladaq ki, 25000-ci qola 2016-cı ildə Zlatan İbrahimoviç imza atıb.