“Çelsi” Saulun transferindən imtina etdi

“Çelsi” Saulun transferindən imtina etdi


İspaniyanın “Atletiko” klubunun futbolçusu Saul Niqesin “Çelsi”yə transferi baş tutmayıb. Buna səbəb tərəflərin maliyyə məsələsində razılıq əldə edə bilməməsidir. İngiltərə klubunu madridlilərin tələbi qane etməyib. “Çelsi” Saulu sonradan transfer etmək hüququ ilə icarəyə götürməyi planlaşdırırdı. Amma “Atletiko”nun şərtləri londonluları geri çəkilməyə vadar edib.
Saul cari mövsümdə 2 oyunda meydana çıxıb, 1 qol ötürməsi verib.

ETOPAZ

Əvvəlki yazı

“Bruklin”də basketbolçu çoxluğu

Növbəti yazı

Diallo “Mançester Yunayted”dən gedir