“Bruklin”də basketbolçu çoxluğu

“Bruklin”də basketbolçu çoxluğu


“Bruklin Nets” heyətindəki basketbolçuların sayını azaltmağa məcbur olub. NBA-nın yeni mövsümünün startı ərəfəsində baş tutacaq təlim-məşq toplanışında yalnız 20 oyunçu iştirak edə bilər. Amma hazırda klubun basketbolçularının sayı daha çoxdur. Sentyabrın 28-də start götürəcək toplanışa qədər bu məsələ həllini tapmalıdır. Yeni mövsüm üçün isə yalnız 17 basketbolçu sifariş olunacaq. Bunlardan 15-i normal, ikisi qarşılıqlı müqaviləyə məxsus oyunçulardır.
“Nets” oktyabrın 19-da start götürəcək yeni mövsümün ilk matçında “Miluoki Baks”la üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”dan 16 milyonluq transfer

Növbəti yazı

“Çelsi” Saulun transferindən imtina etdi