Premyer Liqa klubunda təyinat

Premyer Liqa klubunda təyinat

İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bu vəzifəyə “Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Selles təyin olunub. 39 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Klub rəhbərliyi Neytan Consun istefasından sonra onun vəzifəsini müvəqqəti icra edən Sellesin işindən razı qalıb. Bu üzdən də ispaniyalının baş məşqçi təyin edilməsinə qərar verilib. Selles 2012-14-cü illərdə “Neftçi”də, 2015-17-ci illərdə isə “Qarabağ”da köməkçi məşqçi kimi çalışıb.

ETOPAZ

Əvvəlki yazı

Bastoni “Liverpul”un hədəfində

Növbəti yazı

Günün kuponu – 25.02.2023