Portuqaliyadan qələbə, Ronaldodan rekordlar

Portuqaliyadan qələbə, Ronaldodan rekordlar

Portuqaliya millisi yoldaşlıq oyununda Qətərlə qarşılaşıb. Pireneylilər bu görüşdə 3:0 hesabı ilə qalib gəlib.

Start heyətində meydana çıxan Kriştiano Ronaldo Portuqaliya yığmasında 181-ci oyununu keçirib. Ulduz hücumçu bununla da Avropa rekorduna imza atıb. O, İspaniya yığmasında 180 matça çıxan Serxio Ramosu arxada qoyub. Onu malayziyalı So Çin Aunun (195) dünya rekordundan 14 oyun ayırır.

Kriştiano bu qarşılaşmada bir qola imza atıb. O, yığmadakı qol sayını 112-yə çatdırıb və bununla da özünün sahibi olduğu dünya rekordunu yeniləyib.

Portuqaliyalı forvard karyerasında ilk dəfə Qətərə qol vurub. Asiya təmsilçisi onun yığma səviyyəsində məyus etdiyi 46-cı rəqibdir. Bu, yeni dünya rekordudur.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 10.10.2021

Növbəti yazı

Romero İtaliya klubunda