Romero İtaliya klubunda
İngiltərə “Mançester Yunayted”inin sabiq qapıçısı Serxio Romero özünə yeni klub tapıb. 34 yaşlı qolkiper karyerasını İtaliyada davam etdirəcək.
Argentinalı “Venetsiya” ilə müqavilə imzalayacaq. Müqavilənin 2022-ci ilin yayına qədər olması nəzərdə tutulub. Anlaşma sonradan daha bir il müddətinə uzadıla bilər.
Xatırladaq ki, hazırda azad agent statusuna malik Romero A seriyasında “Sampdoriya”da da çıxış edib.