Poqba yarışlardan kənarlaşdırıldı
“Yuventus” futbolçusu Pol Poqbanın cəzalandırıldığını təsdiqləyib. Yarımmüdafiəçi yerli Milli Antidopinq Tribunalı tərəfindən müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.
Buna səbəb avqustun 20-də 30 yaşlı fransızdan götürülən dopinq-testlərin nəticəsinin müsbət olmasıdır. Prosesləri diqqətlə izlədiyini deyən “qoca sinyora” rəsmiləri tribunalın qərarına əsasən hərəkət etmək niyyətindədir. Poqbadan bugünlərdə B testi götürüləcək.