“Mançester Yunayted”in vinger planı
“Mançester Yunayted” heyətinə yeni futbolçu qatmağı planlaşdırır. İngiltərə klubu Anvar El-Qazinin xidmətində maraqlıdır.
PSV-nin sabiq futbolçusu hazırda klubsuzdur. Premyer Liqa təmsilçisi onu azad agent kimi heyətinə qatmaq fikrindədir.
Ceydon Sanço və Antoni ilə bağlı vəziyyətdən narazı olan klub rəhbərliyi bu mövqeyə təcili oyunçu gətirmək istəyir. El-Qazi “Everton” və “Aston Villa”da forma geyindiyi üçün Premyer Liqa təcrübəsinə də malikdir.