Poqba 8 milyon avro alacaq

Poqba 8 milyon avro alacaq

“Yuventus” yaxın vaxtlarda yarımmüdafiəçi Pol Poqbanın nümayəndələri ilə yeni danışıqlar aparacaq. Burada müqavilənin son detalları müzakirə olunacaq.

Artıq tərəflər sövdələşmə ilə bağlı prinsipial razılığa gəliblər. 29 yaşlı fransalının maaşı bonuslar nəzərə alınmasa, illik 8 milyon avro olacaq.

İyunun 1-də “Mançester Yunayted” Poqbanın klubdan azad agent kimi ayrıldığını elan edib.

ETOPAZ

Əvvəlki yazı

“Milan “Leypsiq”in hücumçusuna “elçi düşdü”

Növbəti yazı

Breytveyt “Barselona”dan ayrılır