Breytveyt “Barselona”dan ayrılır
“Barselona” bu yay daha bir oyunçusunu komandadan göndərəcək. Klub hücumçusu Martin Breytveyt ilə yollarını ayırmağa hazırlaşır.
Lakin 30 yaşlı danimarkalı komandadan ayrılmaq istəmir və danışıqlara mane olur. Kataloniya klubu futbolçunun davranışından son dərəcə narazıdır. “Barselona” rəhbərliyi artıq onun agenti ilə əlaqə saxlayıb və o, danışıqları sabotaj etməyə davam edərsə, futbolçuya qarşı sərt sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib.