Poçettinodan xahiş

Poçettinodan xahiş

“Tottenhem”in baş məşqçisi dəyişə bilər. London klubunun futbolçuları bu arzudadır.

Oyunçular Maurisio Poçettinonun qayıdışını istəyir. İngiltərə təmsilçisinin üzvləri bununla bağlı argentinalıya müraciət edib. Komandanın veteranları Antonio Konte ilə müqavilənin uzadılmayacağını bildiyi üçün Poçettinodan geri dönməyi xahiş edib. Klubun bəzi əməkdaşları da bu istəyə qoşulub.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2022-ci ilin yayında PSJ-dən ayrıldıqdan sonra klubsuzdur.

ETOPAZ

Əvvəlki yazı

Ən yaxşı adına dörd namizəd

Növbəti yazı

“Qarabağ” dünya reytinqində 7 pillə irəlilədi