Pley-offun səbətləri
DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri bəlli olub. Noyabrın 26-da baş tutacaq püşkatmada komandalar iki səbətə bölünəcək.
10 qrup qalibi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmiş səbətinə düşüb. Digər 4 qrup ikincisi isə səpələnməyib. Millətlər Liqasının qrup qalibi kimi vəsiqə qazanan iki komanda da bu səbətə daxil edilib.
Səpələnmişlər: Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç, Uels
Səpələnməmişlər: Türkiyə, Polşa, Şimali Makedoniya, Ukrayna, Avstriya, Çexiya
Qeyd edək ki, 3 “dördlüy”ə bölünəcək komandalar gələn il martın 24-25-də yarımfinal, 28-29-da final matçlarını keçirəcək. Yarımfinal görüşləri səpələnmiş komandaların meydanında baş tutacaq. Finalın meydan sahibləri püşkatmada bəlli olacaq.