Marselo seçim qarşısında

Marselo seçim qarşısında

İspaniya “Real”ının futbolçusu Marselo Braziliya klublarından iki təklif alıb. Mövsümün sonunda azad agent statusu alacaq müdafiəçinin xidmətində “Fluminense” və “Botofoqo” maraqlıdır.

33 yaşlı futbolçu “Fluminense”nin yetirməsidir. O, 2007-ci ildə bu klubdan “Real”a keçib. Həmin vaxt onun transferi 6,5 milyon avroya gerçəkləşib. Bu müddətdə “Real”da 532 matça çıxan müdafiəçi 38 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Pley-offun səbətləri

Növbəti yazı

Depay Keynə çatdı