Pikforda müştəri

Pikforda müştəri

“Mançester Yunayted” qapıçısı David De Xeanın gələcəyi ilə bağlı qərar vermək niyyətindədir. Klub rəhbərliyi müqaviləsi 2023-cü ilin yayında başa çatacaq ispaniyalı ilə əməkdaşlığı uzadıb-uzatmamağı nəzərdən keçirir.

Anlaşmada sonradan bir il müddətinə uzadılma bəndi var. Mançesterlilər bu bəndlə bağlı qərarını qətiləşdirməlidir.

Əgər qolkiperin mövsümün sonunda azad agent kimi getməsi məqsədəuyğun sayılsa, Cordan Pikfordla danışıqlara start veriləcək. “Everton”un qapıçısının özü də daha iddialı kluba keçməkdə maraqlıdır.

ETOPAZ

Əvvəlki yazı

Arauxonu gözləyən əməliyyat

Növbəti yazı

Canni de Byazi: “Çox yaxşı komandamız var”