Pike “Betis”lə oyunu buraxacaq

Pike “Betis”lə oyunu buraxacaq

“Barselona” mayın 7-də səfərdə “Betis”lə qarşılaşacaq. Kataloniyalıların müdafiəçisi Jerar Pike bu matçda komandasına kömək edə bilməyəcək.

Futbolçu “Malyorka” ilə görüşdə zədələnib. Pikenin sol ayaq budunun adduktor əzələsindən əziyyət çəkdiyi bildirilir. Onun meydanlara qayıdacağı dəqiq tarix bildirilmir.

Qeyd edək ki, bu mövsüm 35 yaşlı Pike 40 oyuna çıxıb və 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Olimpiya çempionu karyerasını başa vurdu

Növbəti yazı

“Ayaks”ın müdafiəçisi “Bavariya” ilə anlaşdı