Pavar “Bavariya”nı tərk edəcək
Fransa millisinin və “Bavariya”nın futbolçusu Bencamen Pavar gələcək karyerası ilə bağlı qərarını verib. 26 yaşlı müdafiəçi Almaniya klubu ilə müqaviləsini uzatmayacaq.
O, 2023-cü ilin yayında komandasını dəyişmək niyyətindədir. “Bavariya” anlaşması 2024-cü ilin yayında başa çatacaq futbolçunu pulsuz itirməmək üçün satmağa məcbur olacaq.