Ozobiçdən dubl, “Qarabağ”dan qələbə

Ozobiçdən dubl, “Qarabağ”dan qələbə

Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. Turun son günündə bir oyun keçirilib.

İlk üç turda məğlub olmayan “Qarabağ” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Görüş Ağdam klubunun üstünlüyü ilə keçib.

Matçın taleyini Filip Ozobiçin qolları həll edib. İlk yarının sonlarında penaltini dəqiq yerinə yetirən yarımmüdafiəçi qarşılaşmanın uzatma dəqiqələrində dublunu rəsmiləşdirib – 2:0.

Ardıcıl 3-cü qələbəsini qazanan Qurban Qurbanovun yetirmələri xal hesabını 10-a çatdırıb. Bununla da ağdamlılar liderliyə şərik çıxıb. Eyni xala malik “Qəbələ” top fərqinə görə 1-ci, “Qarabağ” 2-ci pillədə qərarlaşıb. 6 xala malik “Sumqayıt” isə 5-ci sırada qalıb.

Xatırladaq ki, növbəti turun oyunları sentyabrın 25-26-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Lans”a iki, “Lill”ə bir oyunluq cəza

Növbəti yazı

Sürpriz kupon – 21.09.2021