Otamendi qarət olundu

Otamendi qarət olundu

“Benfika”nın futbolçusu Nikolas Otamendi qarət olunub. Hadisə argentinalı müdafiəçinin evində baş verib.

“Famalikao” ilə matçdan sonra ailəsi ilə birlikdə evinə dönən Otamendiyə silahlı cinayətkarlar hücum çəkib. Onlar futbolçunu məcbur ediblər ki, qapıları açsın.

Nikolasın həyat yoldaşı və oğlunun da evdə olduğu vaxtda cinayətkarlar pulları, zinət əşyalarını və bahalı saatları aparıblar. Klub rəhbərliyi baş verənləri təsdiqləyib. Futbolçu və ailəsinin xəsarət almadığı bildirilir.

ETOPAZ

Əvvəlki yazı

Muslera mövsümü bitirdi

Növbəti yazı

Vinus Uilyamsla Endi Marrey “Australian Open”də