Osaka “Top-25”də
“Financial Times” 2021-ci il üçün dünyanın ən nüfuzlu 25 qadınının siyahısını açıqlayıb. “Top-25”də yalnız bir idmançı yer alıb.
Naomi Osaka seçilmiş 25 nəfərdən biri olub. “Böyük dəbilqə” turnirlərinin 4 qat çempionu olan yaponiyalı idmanda və həyatdakı fəaliyyətinə görə buna layiq görülüb.