London klubunda itki
“Tottenhem”in futbolçusu Kristian Romeronun durumunu aydınlıq gəlib. Bunu İngiltərə klubunun baş məşqçisi Antonio Konte açıqlayıb.
İtaliyalı mütəxəssis bildirib ki, zədələnən müdafiəçi bu il yaşıl meydanlardan kənarda qalacaq. Romero bundan sonra London klubunun ən azı 10 matçı buraxacaq. Onun zədəsinin bərpası gələn ilin fevralına qədər uzana da bilər.
Qeyd edək ki, Argentina yığmasının 23 yaşlı müdafiəçisi noyabrın 17-də Braziliyaya qarşı keçirilən DÇ-2022-nin seçmə oyununda (0:0) zədələnib.