Osaka kənarda qaldı
Mayamidəki turnirin finalçısı Naomi Osaka Madriddəki yarışda iştirak etməyəcək. O, turnirin iştirak ərizəsinə daxil edilməyib.
Osaka reytinqin “Top-40”da yer alan və Madriddə oynamayacaq yeganə tennisçidir. O, hazırda dünyada 35-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turnir aprelin 25-də başlayacaq.