Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sürpriz kupon – 06.04.2022
“Çelsi” – “Real Madrid” 2,5 ALT : [nowbetnow-dynamic dyn_code=1257]
Bir tərəfdə Lukaku, digər tərəfdə də Benzema kimi qoleadorlar varsa, əlbəttə, məhsuldar oyun gözləməyə əsas var. Amma hər iki komandanın müdafiə xətti də etibarlı oyunu ilə seçilir, yalnız 4 gün əvvəl “Çelsi”nin premyer liqada uğradığı” “qəza”nı nəzərə almasaq. “Brentford”la oyun böyük ehtimal “Real”la ÇL matçına “qurban verildi”, amma 1:4 hesabı da çox ağır oldu. Həmin oyuna qədər isə “zadəganlar” premyer liqa kimi ağır çempionatda 28 oyuna 19 qol buraxmışdı. “Real” isə La Liqanın ən az top buraxan komandasıdır : 30 turda 26 qol.
Bir sözlə, hər iki komandada möhtəşəm hücumçular olsa da, məncə, gecənin qəhrəmanları qapıçı və müdafiəçilər olacaq.
“Villareal” – “Bavariya” – 2 [nowbetnow-dynamic dyn_code=1258]
“Bavariya” adətən pley-off mərhələsində cütün taleyini ilk oyunda həll etməyə çalışır. “Villareal” a səfərdə qalib gəlməyə isə onların hər cür potensialı var.
“Nottingem Forest” – “Koventri” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1259]
“Koventri” son 3 cəmi 2 xal qazanıb və artıq 11-ci sıraya yuvarlanıb. Halbuki 3 tur əvvəl pley off mərhələsinə vəsiqə verən ilk “altılıq” üçün mübarizə aparırdı. Amma “Nottingem” üzərində qələbə onları yenidən yuxarılara qaldıra bilər. “Nottingem Forest” isə yanvarın 30-dan bu yana çempionşipdə məğlubiyyət bilmir. 7-ci yerdə olan komandanı ilk “altılıq”dan cəmi 1 xal ayırır. Qələbə hər iki komanda üçün vacib olsa da, heç birinə asan başa gəlməyəcək. Komandaların hücum potensialını nəzərə alsaq, qol/qol daha uyğun variant kimi görünür.