Ölkəmizin yeri dəyişmədi

Ölkəmizin yeri dəyişmədi

Avrokuboklarda 5-ci tura yekun vurulub. Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 32 matç baş tutub.

Bu görüşlərdən sonra UEFA reytinqi açıqlanıb. Keçirilən qarşılaşmalar bəzi yerdəyişmələrə səbəb olub.

Avropa Liqasında çıxış edən “Qarabağ” “Nant”a 1:2 hesabı ilə uduzduğu üçün Azərbaycanın əmsalı dəyişməyib. 15,875 xala malik ölkəmiz Avropada 29-cu pillədə qalıb.

Qardaş Türkiyə daha bir pillə irəliləyib. Çexiyanı arxada qoyan qonşularımız 13-cü yerə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Bunu reallaşdıra bilməməyimizə üzülürəm”

Növbəti yazı

Mourinyo Ferqyusonu geridə qoydu