Ölkə çempionatında komanda sayı dəyişdirilir
Fransa çempionatında islahatların aparılacağı təsdiqlənib. Liqa1-də iştirakçı komandaların sayı azaldılacaq.
Hazırda yüksək dəstədə 20 klub mübarizə aparır. 2023/24 mövsümündən ölkə çempionatındakı komanda sayı azaldılaraq bu rəqəm 18-ə endiriləcək.
Növbəti – 2022/23 mövsümündə Liqa1-dən 4 komanda aşağı dəstəyə yuvarlanacaq. Liqa2-dən isə yalnız iki komanda elitaya yüksələcək. Klublar arasında səsvermədə yalnız “Mets” islahatların əleyhinə çıxıb.