Rublyov yerini Nadala verir
Rusiyalı tennisçi Andrey Rublyov ATP reytinqinin “Top-5”də yerini itirəcək. O, gələn həftə açıqlanacaq cədvəldə 570 xal itkisi ilə üzləşəcək.
Buna səbəb 2019-cu ilin Kreml kubokundakı 250 və Sankt-Peterburq turnirindəki 500 xalın silinməsidir. Əvəzində Andrey “US Open” və Kanada “Masters”inin hərəsinə görə 90 xal qazanacaq.
Rusiyalı tennisçinin xal itkisi Rafael Nadalın işinə yarayacaq. O, “Top-5”ə qayıdacaq.