“O, qollar vuracaq, penaltilər yerinə yetirəcək”

“O, qollar vuracaq, penaltilər yerinə yetirəcək”

İngiltərə millisinin və “Mançester Yunayted”in əfsanəsi Ueyn Runi Kriştiano Ronaldonun bu kluba qayıdışına münasibət bildirib. “Derbi”nin baş məşqçisi portuqaliyalının Mançesterlilərə bəxş edəcəyi uğurlardan danışıb:
“Ole-Qunnar Sulşer indi başa düşəcək ki, böyük mükafatlar qazanmaq lazımdır. Ronaldo dünyanın ən yaxşılarından biri kimi qalır. Onun “Mançester Siti”yə keçidinin baş tutmayacağını hiss edirdim. Onun agenti öz işini bilirdi. Mən də bilirdim ki, Ronaldonun “Mançester Siti”yə keçidi reallaşmaq üzrə olsa, “Mançester Yunayted” məsələyə qarışacaq. Ronaldo oynadığı hər ölkədə çempion olub. Bu da çox vacibdir. O, qollar vuracaq, penaltilər yerinə yetirəcək. Mən onu mərkəz hücumçusu kimi oynadardım. Digər 9 oyunçu isə çalışmalıdır”.

ETOPAZ

Əvvəlki yazı

Kavani Uruqvay millisindən kənarda

Növbəti yazı

Ən çox qazanan tennisçilər