“Nyukasl” Koutinyonu istəyir

“Nyukasl” Koutinyonu istəyir

“Nyukasl” yarımmüdafiəçi Filippe Koutinyo ilə maraqlanır. İngiltərə klubu “Barselona”nın futbolçusunu “Aston Villa”dan almaq istəyir.

Birminghemlilər braziliyalını “Barselona”dan 40 milyon avroya ala bilər, lakin “Nyukasl” daha çox ödəməyə hazırdır. Kataloniya klubu da endirim etməyəcək və alış məbləğini azaltmayacaq.

Qeyd olunur ki, braziliyalı iddialı kluba keçmək, kuboklar götürmək və yüksək yerlər üçün mübarizə aparmaq istəyir.

29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Ən çox qazanan baş məşqçilər

Növbəti yazı

Fernandeş daha 4 il “Mançester Yunayted”də