Noyer “Bavariya”nın tarixinə düşdü

Noyer “Bavariya”nın tarixinə düşdü

Manuel Noyer “Bavariya”nın tarixinə düşüb. 35 yaşlı qolkiper Çempionlar Liqasının 1/8 final mərhələsinin “Zalsburq”la cavab oyununda (7:1) start heyətində yer alıb.

Bu matç onun turnirdə 104-cü görüşü olub. Noyer bu yarışda “Bavariya”da 103 oyun keçirən Oliver Kanı geridə qoyub.

Qeyd edək ki, Manuel 2011-ci ildən Münhendə çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

Lamarkusun durumuna aydınlıq gəldi

Növbəti yazı

1/8 finalda 7 qol vuranlar