1/8 finalda 7 qol vuranlar

1/8 finalda 7 qol vuranlar

Çempionlar Liqası tarixinin 1/8 final mərhələlərində qeydə alınan ən böyükhesablı qələbələr açıqlanıb. “Bavariya”nın “Zalsburq” üzərində 7:1 hesablı qalibiyyəti də siyahıya düşüb.

İndiyə qədər bu turnirin 1/8 final mərhələsində 6 və daha böyük fərqlə nəticələnən 6 oyun olub. Maraqlıdır ki, bunların 4-də “Bavariya”nın payı var. Münhen təmsilçisi bu mərhələdə rəqiblərini iki dəfə 7:0, iki dəfə isə 7:1 hesabı ilə məğlub edib.

Hərəyə bir dəfə “Mançester Siti” və “Barselona” da siyahıda yer alıb.

7 top fərqi

“Bavariya” – “Bazel” (2012) – 7:0
“Bavariya” – “Şalke” (2015) – 7:0
“Mançester Siti” – “Şalke” (2019) – 7:0

6 top fərqi

“Bavariya” – “Sportinq” (2009) – 7:1
“Barselona” – “Bayer” (2012) – 7:1
“Bavariya” – “Zalsburq (2022) – 7:1

ETOPAZ

Əvvəlki yazı

Noyer “Bavariya”nın tarixinə düşdü

Növbəti yazı

De Vrey zədələndi