“Nottingem Forest”də yeni futbolçu
“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Danilo dos Santosu transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayındək müqavilə imzalanıb. Braziliyalı üçün “Palmeyras”a 20 milyon avro ödəniləcək. Bu, klubun Premyer Liqaya qayıdışından sonra 25-ci transferidir.