“Roma”nın Dibala planı
“Roma” hücumçusu Paulo Dibala ilə bağlı qərarını verib. Klub onunla müqaviləni uzatmağı planlaşdırır.
Rəhbərlik 29 yaşlı argentinalıya illik 6 milyon avro maaşla uzunmüddətli sözləşmə təklif etməyə hazırdır. 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olan hazırkı anlaşmaya əsasən, futbolçu hər mövsüm üçün 4,2 milyon avro qazanır.