“Norviç Siti” bombardirini komandada saxladı

“Norviç Siti” bombardirini komandada saxladı

“Norviç Siti” futbolçusunu komandada saxlayıb. Klub hücumçu Teemu Pukki ilə müqavilənin müddətini uzadıb.

32 yaşlı finlandiyalı ilə imzalanan sözləşmədə müqavilənin daha bir il uzadılması variantı var idi. Klub da bundan yararlanıb. Futbolçu 2023-cü ilin yayına kimi “Norviç”ə məxsusdur.

Pukki bu mövsüm komandanın bombardiridir. O, Premyer Liqada 31 oyunda 10 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da yeni müqavilə

Növbəti yazı

Bruno “Real”ın hədəfində