Norveç çempionatında futbolçunun ürəyi dayandı
Norveç çempionatının ikinci divizionunun XXVII turunda xoşagəlməz hadisə yaşanıb. Oyun zamanı “Soqndal”ın islandiyalı yarımmüdafiəçisi Emil Paulssonun ürəyi dayanıb.
Hadisə “Syerdals-Blink”lə görüşün 12-ci dəqiqəsində baş verib. İlkin tibbi yardımdan sonra futbolçu xəstəxanaya yerləşdirilib. Matç yarımçıq dayandırılıb.
Qeyd edək ki, “Sarpsborq”a məxsus olan 28 yaşlı futbolçu icarə əsasında “Soqndal”da çıxış edir. O, İslandiya millisində 1 oyun keçirib.