Kontenin gözü İtaliyada
İngiltərənin “Tottenhem” klubu yaxın müddətdə Antonio Konte ilə müqavilə imzalayacaq. İtaliyalı mütəxəssis indidən yeni komandasında görmək istədiyi futbolçuları müəyyənləşdirib.
O, qış transfer pəncərəsində London klubunu gücləndirmək fikrindədir. Mütəxəssis İtaliya çempionatında çıxış edən futbolçuları komandasında görmək istəyir.
Kontenin əsas hədəfi hücum xəttinə yeni oyunçu cəlb edilməsidir. “Fiorentina”nın hücumçusu Duşan Vlahoviç onun üçün prioritetdir. A seriyası təmsilçisi oyunçusu üçün 60 milyon avro istəyir
Kontenin planlarına daxil olan digər oyunçular da İtaliyada çıxış edir. Bunlar “Milan”dan Frank Kessie, “İnter”dən Stefan de Vrey və “Latsio”dan Manuesl Ladzaridir.