“Nitsa” – “Marsel” oyunu ilə bağlı qərar verildi

“Nitsa” – “Marsel” oyunu ilə bağlı qərar verildi


Fransa Liqa1-in yarımçıq qalan “Nitsa” – “Marsel” oyununun taleyinə aydınlıq gəlib. Fransa Peşəkar Futbol Liqası matçın yenidən oynanılması barədə qərar verib. Qarşılaşma neytral meydanda və azarkeşsiz keçiriləcək. Belə addım təhlükəsizlik tədbirləri üzündən atılıb.
“Nitsa”nın hesabından 2 xal silinəcək. Bunun biri şərti xarakter daşıyır. “Nitsa” “Marsel”lə görüşlə birlikdə 3 ev matçını tamaşaçısız keçirəcək. Marsellilərin fizioterapevti Pablo Fernandes 2022-ci il iyunun 30-dək futbol fəaliyyətindən kənarlaşdırılıb. Qonaqların iki futbolçusu da cəza alıb. Müdafiəçi Alvaro Qonzales 2, yarımmüdafiəçi Dmitri Payet 1 oyunluq diskvalifikasiya edilib.

ETOPAZ

Əvvəlki yazı

Almaniyadan Fliklə rekord

Növbəti yazı

Millinin futbolçusunda dopinq tapıldı