Millinin futbolçusunda dopinq tapıldı
Qazaxıstan milli komandasının futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb. “Tobol”un 27 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib. Ruslan DÇ-2022-nin seçmə mərhələsinin sentyabrın 8-də Bosniya və Herseqovina ilə oyununu da bu üzdən buraxıb. Onun qadağan olunmuş hansı maddədən istifadə etdiyi açıqlanmayıb.
Valiullin sentyabrın 1-də evdə keçirilən Ukrayna (2:2) ilə matçda meydanda olub. Yarımmüdafiəçi dubl etməklə komandasına 1 xal qazandırıb.