“Niks”də 4 illik müqavilə

“Niks”də 4 illik müqavilə


“Nyu-York Niks” basketbolçusu Culius Rendl ilə yeni müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb. Nyu-yorklular ulduz hücumçu ilə 4 illik anlaşıb. 26 yaşlı forvardla müqavilə 2022/23 mövsümündən qüvvəyə minəcək. Rendl 4 mövsüm ərzində 106,4 milyon dollar qazanacaq. O, bonuslar hesabına daha 10,6 milyon da əldə edə bilər.
Rendl ötən mövsümün ən çox inkişaf edən basketbolçusu sayılıb. O, 71 matçda orta hesabla 24,1 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Mitroviç “Fulhem”də qaldı

Növbəti yazı

Karyerasında ilk