Neymar Peleyə çatdı
Dünya çempionatında 1/4 finala start verilib. Braziliya Xorvatiya ilə qarşılaşıb.
Görüş avropalıların qələbəsi ilə yekunlaşıb – 1:1, pen. 4:2. Cənubi amerikalıların qolunu Neymar vurub. O, bununla da Braziliya yığmasının heyətində Pelenin rekordunu təkrarlayıb.
Belə ki, Xorvatiya millisinin qapısına vurduğu top Neymarın yığmada 77-ci qolu olub. O, pentakampeonların heyətində Pele ilə eyni sayda fərqlənib.