Xorvatiya yarımfinalda

Xorvatiya yarımfinalda

Dünya çempionatında 1/4 finala start verilib. Braziliya Xorvatiya ilə qarşılaşıb.

Görüş xorvatların üstünlüyü ilə başlayıb. Lakin ikinci hissədə cənubi amerikalılar oyunu bərabərləşdirməyi bacarıb. Komandaların səylərinə baxmayaraq əsas vaxtda hesab açılmayıb. Əlavə vaxtda Neymar komandasını önə çıxarıb. Lakin Bruno Petkoviç hesabı bərabərləşdirib – 1:1. Qalib penaltilər seriyasında müəyyənləşib. Xorvatlar 4:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Xorvatiyanın rəqibi Niderland – Argentina matçında müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

İlk hissədə qolsuzluq

Növbəti yazı

Neymar Peleyə çatdı