Neymar Peleni keçdi

Neymar Peleni keçdi

Braziliya millisi DÇ-2026-nın seçmə oyununda Boliviya ilə görüşüb. Pentakampeonlar bu matçda 5:1 hesablı qələbə qazanıb.

Qolladan ikisinə Neymar imza atıb. Braziliyalı hücumçu yığmadakı qol sayını 79-a çatdırıb.

Neymar millidə 77 qol vuran Peleni arxada qoyub. O, Braziliya yığmasının ən yaxşı bombardiri olub.

Qeyd edək ki, Neymar bu qolları 125 matçda vurubsa, Pele 91 dəfə milli forma geyinib.

ETOPAZ

Əvvəlki yazı

Diniyev: “Sabah xalqımızı sevindirə bilərik”

Növbəti yazı

Medvedev Alkarası dayandırdı