Medvedev Alkarası dayandırdı

Medvedev Alkarası dayandırdı

Dünyanın birinci raketkası Karlos Alkaras “US Open”də mübarizəni dayandırıb. İspaniyalı tennisçi yarımfinalda uduzub.

Onun yolunu Daniil Medvedev kəsib. Rusiyalı idmançı 7:6, 6:1, 3:6, 6:3 hesabı ilə qalib gəlib.

Medvedev bununla da karyerasında 5-ci dəfə “Böyük dəbilqə” turnirlərinin finalına yüksəlib. O, 6-cı dəfə dünyanın birinci raketkası olan rəqibini məğlub edib.

Qeyd edək ki, “US Open”in finalında Medvedevin rəqibi Novak Cokoviç olacaq. Bu tennisçilər iki il əvvəl də həlledici matçda üz-üzə gəlib.

ETOPAZ

Əvvəlki yazı

Neymar Peleni keçdi

Növbəti yazı

29 ilin rekordu