Neymar 1/8 finalda qayıdacaq

Neymar 1/8 finalda qayıdacaq

DÇ-2022-nin ilk turunda zədələnin Neymarın durumuna aydınlıq gəlib. Braziliya yığmasının futbolçusu növbəti iki matçı buraxacaq.

Serbiya ilə qarşılaşmada zədələnən hücumçu II turda meydana çıxmağa hazır olmayacaq. Baş məşqçi Tite onun sağlamlığı ilə risk etməyərək III turda da istirahət verəcək. İsveçrə və Kamerunla matçları buraxacaq Neymar 1/8 finalda meydana dönəcək.

Qeyd edək ki, Braziliya Serbiyaya iki cavabsız qolla qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Ernandes mövsümü bitirdi

Növbəti yazı

Qətər yenə uduzdu