Ernandes mövsümü bitirdi

Ernandes mövsümü bitirdi

Fransa millisinin və “Bavariya”nın futbolçusu Lukas Ernandes əməliyyat olunub. DÇ-2022-nin Avstraliya ilə matçının əvvəlində zədələnən oyunçuya cərrahi müdaxilə uğurlu alınıb.

Müdafiəçi bir neçə gündən sonra Münhendə reabilitasiya prosesinə başlayacaq. Onun meydana qayıdışı üçün 6-9 ay lazım gələcək. Lukas cari mövsümdə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Fransa Avstraliya ilə qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 26.11.2022

Növbəti yazı

Neymar 1/8 finalda qayıdacaq