“Neftçi”dən ilk qələbə

“Neftçi”dən ilk qələbə

Azərbaycan Premyer Liqasında IV turun daha bir matçı keçirilib. Son oyun günü “Neftçi Arena”da başlayıb.

Turnir cədvəlinin son pillələrində qonşu olanların duelində “Neftçi” “Qəbələ” üz-üzə gəlib. Qələbə həsrətində olan komandaların görüşü meydan sahiblərinin üstünlüyü ilə keçib.

Bakılılar ilk yarıya artırılmış dəqiqələrdə hesabı açıb. Rəhman Hacıyev qonaqların qapısına yol tapıb. İkinci hissənin ortalarında “Neftçi”nin qapıçısı Rza Cəfərov qırmızı vərəqə alıb.

Azlıqda qalan paytaxt təmsilçisi fərqi artırmağı da bacarıb. Yuri Matias komandasının ikinci qolunu vurub. Bununla da “Neftçi” Premyer Liqanın cari mövsümündə ilk qələbəsini qazanıb – 2:0. “Qəbələ” isə ardıcıl 4-cü məğlubiyyətini alıb.

Qeyd edək ki, tura bu gün baş tutacaq “Qarabağ” – “Kəpəz” görüşü ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Ten Haq “Mançester Yunayted”də qalacaq

Növbəti yazı

Musadan iki qol